7th

Məqalələr Üçün Çağırış

Hörmətli Elm Adamları,

Bakı, Kiyev, Minsk, Antalya kimi şəhərlərdə keçirilmiş uğurlu simpoziumlarımızın ardından, 22-24 Avqust 2024 tarixlərində Erzurumda (və ya onlayn olaraq) keçiriləcək EuroAsian Biodiversity (SEAB 2024) simpoziumunun 7-ci tədbirinə sizi dəvət etməkdən böyük şərəf duyuruq.

SEAB 2024, Avrasiya və dünya üzrə tədqiqatçıları bir araya gətirərək ən son elmi tapıntıları paylaşmaq, multidisiplinar əməkdaşlıqlar qurmaq və qlobal ətraf mühit problemlərinə yenilikçi həllər axtarmaq məqsədini daşıyır. Simpozium qeyri-kommersiya, elmi platforma kimi təşkil edilmiştir.

İştirakçılardan araştırma nəticələrini, layihələri, sorğu işlərini və sənaye təcrübələrini paylaşmalarını istəyirik.

Bu simpozium, elmi komitəmiz və təşkilat komandamız tərəfindən ən yüksək akademik standartlarda idarə edilir və təqdim ediləcək işlərin elmi ədəbiyyata dəyərli töhfələr verəcəyinə inanırıq.

Bu genişmiqyaslı elmi tədbirə qatılmanızı səbirsizliklə gözləyirik. İştirakınızın, sahənizdə yeni perspektivlər açaraq elmi və peşəkar şəbəkənizi genişləndirməyə vasitə olacağını ümid edirik. Bu simpozium haqqında maraqlanacaq həmkarlarınıza məlumat verməyiniz bizim üçün şərəfdir.

Simpoziumun rəsmi dili ingilis dili olsa da, təqdimatlar Türk, Azərbaycan, İngilis və Rus dillərində edilə bilər.

Ən dərin hörmətlə,

Təşkilat Komitəsi

             

partner_logolar

SEAB Organization Committee (2024)